“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında I Avropa Oyunları zamanı tətbiq edilən məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyini bildirdi: “Şəhərimizə gələn qonaqların tarixi abidələr və mədəniyyət ocaqları ilə, eləcə də şəhərimizlə yaxşı tanış olmaları üçün biz mümkün olan şəraiti yaratmalıyıq. Bununla bağlı ola bilsin ki, bəzi məhdudiyyətlər tətbiq edilsin. Əlavə məlumat verəcəyik. Sürücülərimiz bilməlidir ki, hələ ki, iyulun 1-dək nəqliyyat vasitələrinin hərəkətində nəzərdə tutulmuş məhdudiyyətlər, eləcə də Avropa Oyunları üçün çəkilmiş zolaqlarla digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək”.
Son xəbərlər
Son Xəbərlər