Prostat xərçəngində yeni dönəm - MR

prostat-xercenginde-yeni-donem-
Oxunma sayı: 4614

Prostat vəzi xərçəngi kişilərdə ən çox görülən xərçəng xəstəliklərindən biridir və ağciyər xərçəngindən sonra ikinci ölüm səbəbidir.

"Qafqazinfo" xəbər verir ki, bu qənaətə Qazi Universiteti professoru, Türkiyə minimal invaziv uroloji dərnəyi 2 -ci başqanı, professor Sinan Sözen, professor Cenk Yücel Bilen, Hacettepe Universiteti professoru, Türkiyə Minimal İnvaziv Uroloji Dərnəyi Başqanı və Prof. Dr. Sinan Sözen, Prof. Dr. Cenk Bilen gəlib.  

ABŞ da hər 7-8 kişidən birində prostat xərçəngi diaqnozu qoyulduğunu söyləyən prof.Sözen, sadəcə 2015-ci ildə Amerikada 30 min kişinin prostat xərçəngindən öldüyünü bildirib. Bizim ölkədə də prostat xərçənginin sürətlə artdığını və son məlumatlara görə, hər 12 kişidən birində prostat xərçənginin aşkar olunduğunu vurğulayıb. Prostat xərçənginin bu qədər sıx görülməsi və xərçəngə bağlı ölümlərin kişilərdə ikinci sırada yer alması səbəbiylə hələ 90-cı illərin əvvəllərindən prostat xərçəngi diaqnostikasında qandakı PSA dəyərilə prostat xərçəngi diaqnozu qoyulmağa başlanılıb.

- Bəs, yeni MR-ın hansı avantajları var?

- Son illərə qədər prostat xərçəngi şübhəsi olan xəstələrə diaqnoz qoymaq üçün ultrasəs nəzarətində biyopsiya edilirdi. Ama bu üsul bəzi hallarda gərəksiz (klinik önəmi olmayan) prostat xərçəngi diaqnozu qoymağımıza səbəb olurdu.

- Tətbiqi necə edilir?

- Prostat xərçəngindən şübhələndiyimiz xəstələrə rutin qaydalarla testlərimizin yanında “Multiparametrik Prostat MR“ çəkirik. Xüsusi prostat MR-da prostat vəzdə xərçəng üçün şübhəli bir hissə olub-olmadığı dəyərləndirilir. Əgər varsa, xərçəng şübhəsi olan hissələr işarələnib daha sonra xüsusi bir proqram vasitəsilə ultrasəsə yerləşdirilir. Həkim biyopsiya edərkən MR və ultrasəs görüntülərinin birləşmiş halını görüb doğru yerdən doğru hədəfdən biyopsiya götürür. Bu yöntəmin adı “Prostat MR Füzyon Biyopsiyası”dır.

- İlk nəticələr necədir? MR olunan xəstələrdən neçəsində uğur əldə edilib?

- Köhnə üsulla təəssüf ki, 20-25% həyatı təhtid edəcək klinik önəmli prostat xərçəngini gözdən qaçırdıq. Bu nə deməkdir ? Xəstəyə diqanoz qoymayaraq həyati önəmli bir xərçəngi gözdən qaçırtmaq, digər tərəfdən isə lazımsız xərçəng diqnozu qoymaq deməkdir. Bu isə xəstələrə lazımsız əməliyyat və lazımsiz əlavə xərcdir. Yeni yöntəmin 2 üstünlüyü var.

1. Lazımsız diaqnostika, kliniki önəmi olmayan xəstəlik diaqnozunun qoyulması halları azalır.

2. 90% hallarda lazımlı, həyatı təhtid edən prostat xərçəngi diaqnozu qoymağımızı təmin edir.

Bu üsul prostat xərçəngi diqnostikasında son illərdə ən önəmli yenilikdir.

Müalicə

Lokalizə Prostat Xərçəngi müalicəsində açıq və yaxud robotik cərrahi uğurlu nəticələr əldə etməkdədir. Xəstəxanada qalış vaxtı və qan itkisi ciddi şəkildə azalıb. Uğurlu nəticələr əldə edə bilmək üçün erkən və doğru diaqnostika çox böyük əhəmiyyət daşıyır. Bunun üçün isə qəbul edilən diqnostika üsullari PSA və Fiziki Müayinədir. Erkən diqnostika ilə prostat xərçəngi diaqnozu qoyulan xəstələrdə əməliyyat tək həll deyil. Qərb ölkələrində tətbiq olunan “İzləm” protokolu çox sayda xəstələri əməliyyatdan və lazımsız müalicədən qurtarıb.

Əməliyyatsız üsul deyə biləcəyimiz bu “Aktif İzləm” protokollarına uyğun xəstənı seçməkdə MR və MR Füzyon Biyopsi çox önəmli yer tutur.

Professorlar prostat vəzi xəstəliklərindən əlavə digər uroloji xəstəliklərin müayinə və müalicəsində yeniliklərə imza atıblar. Bunlardan qapalı üsulla böyrək köçürülməsi və böyrək daşı xəstəliklərinin müalicəsində istifadə etdikləri yeni metodları misal gətirmək olar.

Professorlar, eyni zamanda ölkəmizdə çoxlu sayda ağır xəstələri müayinə və müalicə ediblər.

Həkimlərlin qəbuluna yazılmaq üçün təmsilçi Turxan Namazovla və ya aşağıdakı linkdə göstərilən nömrələrlə əlaqə saxlamaq lazımdır.

Web sayt: www.urolojiankara.com 

Təmsilçi Turxan Namazov

Tel:+90 (539) 576 76 59