Prospektin bir hissəsi bağlanır

prospektin-bir-hissesi-baglanir
Oxunma sayı: 1371

Qara Qarayev prospektinin bir hissəsi bağlanır.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb. Katib bildirib ki, Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır.

Məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq. Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun Qara Qarayev stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər-hansı bir məhdudlaşdırma tətbiq olunmur. Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.