Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu - Lənkəranda

prokurorluq-iscilerinin-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 2790

Oktyabrın 1-də Prokurorluq işçilərinin peşə bayramı günü Lənkəranda da qeyd edilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, icra başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Prokurorluqda da bayram tədbiri keçirilib. Rayon prokuroru Elçin Məmmədov kollektivi təbrik edib, prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb.