Prezidentin nəvələrinin ad günüdür - Foto

prezidentin-nevelerinin-ad-gunudur
Oxunma sayı: 11618

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin nəvələri Əli və Mikayılın ad günüdür.

“Qafqazinfo” xəbər verir ki, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və müğənni Emin Ağalarovun əkizlərinin 7 yaşı tamam olur. Bu barədə valideynlər sosial şəbəkədə paylaşım da ediblər.

Valideynlər Əli və Mikayılla birgə fotonu paylaşaraq, ona “Ad gününüz mübarək, Əli və Mikayıl” şərhini veriblər.

Qeyd edək ki, cütlük bu ilin mayında 9 illik rəsmi münasibətlərinə son qoyaraq boşanmaq qərarına gəliblər. Onlar dost qaldıqları, həmişə övladlarının yanında birlikdə olacaqları ilə bağlı açıqlama veriblər.