Prezidentdən Elçin Əfəndiyevin qızı ilə bağlı - Sərəncam

prezidentden-elcin-efendiyevin-qizi-ile-bagli
Oxunma sayı: 11170

Prezident İlham Əliyev Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda deyilir:

"Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin".

Qeyd edək ki, Günay Əfəndiyeva baş nazirin müavini, xalq yazıçısı və professor Elçin Əfəndiyevin qızıdır.