Prezident yolun açılışını etdi - Naxçıvanda + Fotolar

prezident-yolun-acilisini-etdi
Oxunma sayı: 3629

Prezident İlham Əliyev Naxçıvana gedib. "Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Prezident həmçinin Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Daha sonra ölkə başçısı yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

Prezident həmçinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib.