Prezident “Tibbi sığorta haqqında” fərmana dəyişiklik etdi

prezident-tibbi-sigorta-haqqinda-fermana-deyisiklik-etdi
Oxunma sayı: 1445

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, fərmanda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanını “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram.

"Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 20; 2003, № 10, maddə 585; 2008, № 8, maddə 716) 2-ci hissəsinin dördüncü abzasından “6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında və” sözləri çıxarılsın.

***

“Qafqazinfo” xəbər verir ki, yeni dəyişikliyə əsasən qanunun 6-cı maddəsinin 9-cu bəndi qüvvədən düşüb. Belə ki, maddənin könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və ya vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək bəndi artıq ləğv edilib. Əvvəllər bu, yazılı şəkildə həyata keçirilirdi. Lakin müasir dövrdə texnologiya inkişaf etdiyindən bütün işlər elektron qaydada görülür. Bu səbəbdən də məlumatın yazılı şəkildə verilməsinə ehtiyac qalmır.

Günel Türksoy