Prezident Pakistana səfir təyin etdi

prezident-pakistana-sefir-teyin-etdi
Oxunma sayı: 2361

Prezident İlham Əliyev Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir ki, Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Qeyd edək ki, Əli Əlizadə bundan əvvəl İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu olub.