Prezident “Leonardo” şirkətinin direktoru ilə görüşdü

prezident-leonardo-sirketinin-direktoru-ile-gorusdu
Oxunma sayı: 781

Prezident İlham Əliyev fevralın 18-də Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirdi. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışdı, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu dedi.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.