Prezident Çingiz Qurbanovun ailəsinə mənzil bağışladı

prezident-cingiz-qurbanovun-ailesine-menzil-bagisladi
Oxunma sayı: 8216

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinin Bakı şəhəri Xətai rayonunda 3 otaqlı evlə təmin edilməsi barədə göstəriş verib.

Qafqazinfo” xəbər verir ki, bu haqda şəhidin atası Salman Qurbanov İstiPress-ə məlumat verib.

Saytın Qusar rayon İH-dən əldə etdiyi məlumata görə, bununla yanaşı icra başçısı Şair Alxasov şəhidin adının şəhərin mərkəzi küçələrindən birinə verilməsi barədə sərəncam da imzalayıb. İcra hakimiyyəti tərəfindən onun oxuduğu Həzrə kənd məktəbinə Çingiz Qurbanovun adının verilməsi üçün Nazirlər Kabineti qarşısında məsələ də qaldırıb.

Qeyd edək ki, Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Çingiz Qurbanova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

***

Azərtac-ın məlumatına görə, eyni zamanda Çingiz Qurbanovun ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində fərdi evin tikintisi ilə bağlı tədbirlər görülür.