Plastik qabda su içərkən diqqətli olun! - Video

plastik-qabda-su-icerken-diqqetli-olun
Oxunma sayı: 2749

Plastik qablarda alıcılara təqdim edilən sular zaman keçdikcə insan üçün kabusa çevrilir.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, kimya üzrə professor Oktay Əkbərov insanları bu məsələdə diqqətli olmağa çağırıb: “Bu qablara müəyyən rəng çalarları vermək üçün əlavələr olunur. Hər zaman fikir vermək lazımdır ki, saxlanılan məhsullar uzun müddət qalmayıb”.

Belə məhsulların istehsalında kimyəvi, xüsusilə də ağır sənayedə tətbiq edilən maddələrdən istifadə edilir ki, həmin maddələr də günəş şüasının təsiri altında olduqda zəhərli toksinlər buraxır.

Ekspert Eyyub Məmmədovun sözlərinə görə, üzərində yalnız xüsusi nişan olan qablardan istifadə etmək lazımdır:

“Alıcılar gün qabağında qoyulub satılan plastik qablarda qablaşdırılmış malları, istər su, istərsə də digər məhsulları almasınlar. Yalnız o qablarda ki, onlara beynəlxaq nişan qoyulub - “qabı zibil qutusuna atan insan şəkli”.

Əslində həmin qabların özləri birbaşa sərin yerlərdə saxlanmalıdır. Günəş altında qalması məsləhət deyil. Digər problem isə bəzi sahibkar və ya sakinlərin bu cür plastik qablardan təkrarən istifadə etməsidir. Bu isə öz növbəsində ölümlə nəticələnən xəstəliklərə yol aça bilər.

Su alarkən bir məqama da diqqət etmək vacibdir. Günəşin təsiri altında qalan belə məhsullarda insan gözü ilə görünməyən çatlar əmələ gəlir. Həmin çatların nəticəsində kimyəvi maddələr suya qarışaraq reaksiyaya girir. Bu da sonda arzuolunmaz fəsadlara yol açır. Alıcılar isə səssiz ölümə yol açan təhlükədən xəbərsizdir. Plastik qablar orqanizmimizlə bərabər ətraf mühitə, ekologiyaya da ciddi ziyan vurur. Onların 1000 ilə qədər parçalanmadığını nəzərə alsaq torpaqların şumlanmasına mənfi təsir göstərir.