Partlayışda yaralanan 4 nəfər evə buraxıldı

partlayisda-yaralanan-4-nefer-eve-buraxildi
Oxunma sayı: 665

Ötən gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dörd nəfər bu gün səhər saatlarında evə buraxılıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, qalan yaralılardan bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.

Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.