Ötən ayın media reytinqi

oten-ayin-media-reytinqi
Oxunma sayı: 663

MC&S-in media monitorinq qrupu 01-30 aprel 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Qafqazinfo” xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 400 online media daxil olmaqla 465-dan çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (822 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1382 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (175 məlumat), ali məktəblər arasında BDU (1411 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior Hotel Baku (113 məlumat) irəlidədir.