Orta məktəbdəki seks qalmaqalı haqda araşdırma başladı

orta-mektebdeki-seks-qalmaqali-haqda-arasdirma-basladi
Oxunma sayı: 3868

Şəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində baş verən qalmaqallı hadisə ilə bağlı araşdırma başladılıb.

Bu barədə “Qafqazinfo”ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rayon Təhsil Şöbəsi məsələylə bağlı hazırda ətraflı araşdırma aparır. Tez bir zamanda son nəticə barədə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın kompüterində seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını bildirib.

Günel Hacı