“O polislər məsuliyyətə cəlb olunmalıdır”

o-polisler-mesuliyyete-celb-olunmalidir
Oxunma sayı: 7157

Telejurnalist Qənirə Ataşova prodüser Təranə Səmədovanın içkili vəziyyətdə polislər tərəfindən saxlanılması ilə bağlı yayılan videoya fərqli reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Q. Ataşova bildirib ki, görüntülərdə prodüserin içkili olduğu görünmür:

“Düzdür, böyük ehtimalla o qanunu pozub, amma polis də çox kobud davranıb. Adam yalvarıb deyir ki, buraxın, oturacam. Amma polis əməkdaşı kobudluğundan qalmır. Bir qadına qarşı göz önündə bunu edənlər görün dalda nələr edir. Məncə, o polislər də məsuliyyətə cəlb olunmalıdır. Təranə də haqqını məhkəmədə axtara bilər. Qanunla Təranə yerindəcə cərimələnməli idi. Onu kameraya çəkib şəxsiyyətini alçaltmaq nəyə gərək idi? Ora gəlib qapını açmayan kişi isə sağ olsun. Kim olduğunu özü göstərdi. Son olaraq bildirirəm ki, bizim qadınlara siqaret və içki yaraşmır. Gül kimi dəyərlərimiz var. Onları qoruyaq”.

Sözügedən kadrları bir daha təqdim edirik: