“O evlərin torpaq sənədi varsa, hamısı rəsmiləşdiriləcək”

o-evlerin-torpaq-senedi-varsa-hamisi-resmilesdirilecek
Oxunma sayı: 4869

Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var. Həmin evlərlə bağlı problem hələ də tam həll olunmayıb.

Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, sənədsiz evlərlə bağlı məsələ həll olunmaq üzrədir: “2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”.

Deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq:

“Cənab Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək.

2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.