Novruz bayramı günü Qaxa qar yağıb - Video+Foto

novruz-bayrami-gunu-qaxa-qar-yagib
Oxunma sayı: 1769

Bu gün səhər saatlarından başlayaraq Qax rayonunun bir sıra dağlıq kəndlərinə qar yağmağa başlayıb.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.

Kənd sakinləri deyir ki, mart ayında qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb.

Hazırda İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.