Nəticələr açıqlanıb

neticeler-aciqlanib
Oxunma sayı: 1148

Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.

Qafqazinfo”nun məlumatına görə, 2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtini ödəyən 2 namizəd ərizə ilə müraciət edib. Hər iki namizəd müsabiqədən keçib.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 24 və 25-də Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.