Nəsimidə iftar süfrəsi - Fotolar

nesimide-iftar-sufresi
Oxunma sayı: 1173

Dünən Nəsimi rayonunda iftar süfrəsi təşkil olunub. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayonun 3-cü mikrorayon ərazisində təşkil olunan iftarda rəhbərlik və ictimaiyyət, dini icmaların nümayəndələri, rayon ərazisində yaşayan Qarabağ müharibə veteranları, əllilər, şəhid ailələri - ümumilikdə 400 nəfər iştirak edib.

İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Mərasimdə çıxış edən İcra Başçısı Asif Əsgərov Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.

İftarda iştirak edənlər bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdırıblar.