Nəsimidə ağacəkmə aksiyası keçirilib

nesimide-agacekme-aksiyasi-kecirilib
Oxunma sayı: 719

Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümumrespublika Yaşıl Marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub. 

Keçirilən aksiya zamanı ərazidə 2000 ədəd yeni ağac və parklarda yeni gül kolları əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.