Nəsimi rayonu üzrə ötən ilin yekunları müzakirə edilib

nesimi-rayonu-uzre-oten-ilin-yekunlari-muzakire-edilib
Oxunma sayı: 645

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016-cı ilin yekunlarını müzakirə edib.

Qafqazinfo”nun məlumatına görə, yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. Başçı 10 yanvar 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2016 - cı ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

YAP Nəsimi Rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş layihələr haqqında danışaraq görülən işlərin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib.

Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş İbrahimov Tağı Sabir oğlunun həyat yoldaşı Sevinc İbrahimova  da çıxış edərək yaşadığı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 35 ünvanındakı binanın həyətində  rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşının yeni baraleyfinin  qoyulması ilə bağlı ailəsi adından minnətdarlığını bildirib.

Hesabat yığıncağında rayon sakinlərindən “Tarixi araşdırmalar” İB-nin sədri Əlövsət  Qasımov, hüquq elmləri doktoru Əli Eyvazov, şairə Pərvanə Mustafayeva, Elmar Əsgərov, Zabit Quliyev, Zərifə Ömərova və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildiriblər.