Yasamal rayonu Nərimanov prospektində hərəkətin məhdudlaşdırılması təxirə salınıb.
“Qafqazinfo” “Azəravtoyol” ASC-ə istinadən xəbər verir ki, buna səbəb "20 yanvar - Ümumxalq hüzn günü" ilə əlaqədar ətraf ərazilərdə sıxlığın yaranmasının qarşısını almaqdır. Məhdudlaşdırma 21 yanvar tarixindən tətbiq ediləcək.