Nəqliyyat Agentliyi yeni dayanacaqlar müəyyənləşdirib

neqliyyat-agentliyi-yeni-dayanacaqlar-mueyyenlesdirib
Oxunma sayı: 1204

Daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir.

Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları yerləşdirilib.