“Neftçilər” xəstəxanasında yanğın

neftciler-xestexanasinda-yangin
Oxunma sayı: 2082

Bakıda yanğın hadisəsi qeydə alınıb.


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda beşmərtəbəli “Neftçilər” xəstəxanasının zirzəmisində yerləşən, sahəsi 20 kv.m olan 1 otağında yığılmış 5 ədəd “Fujitsu” markalı və 4 ədəd “BEKO” markalı kondisionerlər yanıb.

Otaqda yerləşən 6 ədəd elektrik lövhəsi, 1 ədəd 20 litr olan oksigen balonu və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.