Nazirlikdən yanğınla bağlı - Açıqlama

nazirlikden-yanginla-bagli-
Oxunma sayı: 1348

Xızı rayon Qarabulaq bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş və sonradan geniş ərazini əhatə edərək Qarabulaq meşəbəyliyinin 5 saylı dolayına keçmiş yanğın gecə saat 2 radələrində tamamilə söndürüüb.

Qafqazinfo” xəbər verir ki, yanğının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə gedib, eyni zamanda hadisənin ciddiliyi nəzərə alınaraq Nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçərək, ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları ilə birlikdə 100 nəfərədək əməkdaş yanğının söndürüməsinə cəlb olunub.

Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə olunub, o cümlədən Nazirliyin yerli meşə idarələrinin və Altı ağac milli parkının işçiəri vedrə və su tutumu olan qablardan istifadə edərək yanğının söndürülməsində iştirak ediblər. Nazirliyin əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində, çətin şəraitdə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saat 2 radələrində tam olaraq söndürülüb.

Qeyd edək ki, yanğın Xızı rayonunun Qarabulaq bələdiyyəsinə məxsus təxminən 215 hektar ərazini əhatə etmiş, alovun meşə fondu sahəsinə keçməsinin qarşısı Ekologiya və Təbii Sərvətər Naziriyinin işçilərinin və Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri ilə alınmış və yalnız 50 sota yaxın meşə sahəsində quru ot örtüyü, kol-kos yanmış, həmin ərazidəki ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Xatıradaq ki, 20 avqust 2016-cı il tarixində saat 20:00 radələrində Xızı rayon Qarabulaq bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş yanğın havanın küləkli olması səbəbindən geniş ərazini əhatə edərək Qarabulaq meşəbəyliyinin 5 saylı dolayına keçib.