Nazirlikdən xəbərdarlıq - Hava yenidən pisləşəcək

nazirlikden-xeberdarliq
Oxunma sayı: 5905

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı növbəti xəbərdarlığını yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, qərb rayonlarından başlayaraq ölkə ərazisində mayın 07-dən 09-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.