Nazirlikdən 2 yaşlı uşağın ölümü ilə bağlı - Açıqlama

nazirlikden-2-yasli-usagin-olumu-ile-bagli-
Oxunma sayı: 2958

Səhiyyə Nazirliyi “Oksigen” klinikasında 2 yaşlı Məhəmməd Həsənlinin ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qafqazinfo” xəbər verir ki, bu barədə TrendSəhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün ya mərhumun qohumları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə müraciət etməlidir. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, azyaşlının dünən “Oksigen” klinikasında cərrahiyə əməliyyatı zamanı öldüyü deyilir.