Nazirlik xüsusi nümayəndə göndərdi - Seks videosu qalmaqalı böyüyür

nazirlik-xususi-numayende-gonderdi
Oxunma sayı: 4855

Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Ceyhun Mirzə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisənin araşdırılması üçün rayona ezam edilib.

"Qafqazinfo" xəbər verir ki, Şəmkir Təhsil Şöbəsindən Lent.az-a bildirilib ki, nazirliyin əməkdaşı hazırda məktəbdədir. Bütün müəllimlər dindirilir.

Bildirilib ki, araşdırmanın sonunda çox güman ki, direktorun işdən azad edilməsi gözlənilir.