Nazirlik “Qaynar xətt”ini bölgələr üçün pulsuz etdi

nazirlik-qaynar-xettini-bolgeler-ucun-pulsuz-etdi
Oxunma sayı: 986

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekommunikasiya, poçt, radio-televiziya yayımı və digər rabitə xidmətləri ilə bağlı vətəndaşların fikir, təklif və iradlarını öyrənmək məqsədilə nazirliyin mətbuat mərkəzində 598-08-69 qaynar xətt telefonu, eyni zamanda [email protected] poçt ünvanı təşkil edib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 15.07.2011-ci il tarixdən 15.09.2011-ci il tarixinədək bölgələrdən ev telefonlarından 598-08-69 nömrəli “Qaynar xətt”ə olunan zənglər pulsuz olacaq.

Nigar Məmmədli