Nazirlik işçiləri xilas etməyə gəlib, yatdığını gördülər

nazirlik-iscileri-xilas-etmeye-gelib-yatdigini-gorduler
Oxunma sayı: 1748

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qafqazinfo” xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açıb və yatmış vəziyyətdə aşkarlanan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:22-də başa çatıb.