Nazir xəstəxanaya baş çəkdi - Yaralılar Sumqayıta gətirilir

nazir-xestexanaya-bas-cekdi
Oxunma sayı: 3235

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gedib.

Qafqazinfo”nun məlumatına görə, bu barədə TrendSəhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfər müalicə edilir. Onların bu gün ərzində Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına köçürüləcəyi gözlənilir.

Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına isə qəza nəticəsində yaralanmış 8 nəfər daxil olub. Onların 2-i evə buraxılıb, 1 nəfər dünyasını dəyişib. Hazırda 5 nəfər xəstəxanada müalicə edilir.