Nazir universitetə rektor əvəzi təyin etdi

nazir-universitete-rektor-evezi-teyin-etdi-
Oxunma sayı: 3898

Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.

E. Aslanov xəbəri təsdiqləyərək bildirib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.