Nazir Siyəzənə gedəcək

nazir-siyezene-gedecek
Oxunma sayı: 824

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 11-də saat 10:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüş zamanı Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonları sakinlərinin şikayət və müraciətləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in “Qaynar xətt”i (168), həmçinin 5 saylı ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) ilə əlaqə saxlamaları xahiş olunur.