Nazir sakinlərlə görüşdü

nazir-sakinlerle-gorusdu
Oxunma sayı: 1275

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 24 noyabr 2015-ci il tarixində Tərtər şəhərində yerləşən Gənclər mərkəzində Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.