Nazir qəbul keçirəcək

nazir-qebul-kecirecek
Oxunma sayı: 848

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov aprelin 29-da saat 10:00-da Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonları sakinlərinin müraciətlərini dinləyəcək, yerindəcə lazımi tədbirlər görüləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in “168-Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 15 saylı ekologiya və təbii sərvətlər şöbəsinə (telefonlar: 026-315-52-57, 050-226-36-16, 050-663-32-42) müraciət etmələri xahiş olunur.