Nazir Gədəbəydə - Fotolar

nazir-gedebeyde-
Oxunma sayı: 1497

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Gədəbəy şəhərində yerləşən Mədəniyyət Mərkəzində Gədəbəy, Gəncə, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Qafqazinfo” xəbər verir ki, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan nazir qaldırılan məsələlərin dəqiqliklə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, sakinlər tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.