Nazir final oyununda - Foto

nazir-final-oyununda-
Oxunma sayı: 1218

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələri arasında təşkil olunan mini-futbol yarışlarının qalib komandaları arasında final görüşü keçirilib.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, final oyununa tamaşaçı kimi qatılan naziri Səlim Müslümov Heydər Əliyevin respublikamızın uzunmüddətli inkişafına xidmət edən müdrik siyasi kursundan bəhs edib: “Hazırda Azərbaycan dünyada sabitlik və inkişaf məkanı, müasir və tolerant ölkə kimi tanınmaqla yanaşı, bir idman ölkəsi kimi də böyük nüfuza malikdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə nazirlikdə futbol və şahmat üzrə təşkil olunan idman tədbirləri də gənclərin idmana meylinin dəstəklənməsi, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədinə yönəlib. Şahmat üzrə idman yarışları artıq yekunlaşıb və yarışların qalibi müəyyən olunub. Hazırkı idman yarışında isə mini-futbol turnirinin qalib komandası müəyyən ediləcək”.

Yarışın nəticəsi kimi mini-futbol turnirinin qalib komandası müəyyən edilib. Tədbir idman yarışlarının qalibləri olan komandaların mükafatlandırılması ilə yekunlaşıb.