Nazir 160 nəfəri işə götürəcək

nazir-160-neferi-ise-goturecek
Oxunma sayı: 1429

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qəbələ Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 17-də keçiriləcək görüşdə Qəbələ, Şəki, Balakən, Qax, Oğuz və Zaqatala polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı seçim ediləcək.

Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 20 kiçik rəis heyəti və 140 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcək.