Naxçıvanın maşın nömrəsi dəyişdirildi - 85 ləğv olundu

naxcivanin-masin-nomresi-deyisdirildi
Oxunma sayı: 51171

Naxçıvanda mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb. "Qafqazinfo" Naxcivanxeberleri.com saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev açıqlama verib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilib:

Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz - 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75

Rəis həmçinin bildirib ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunmuşdu.