Naxçıvanda yeni agentlik yaradıldı

naxcivanda-yeni-agentlik-yaradildi
Oxunma sayı: 1918

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman verib.

“Qafqazinfo” xəbər verir ki, agentlik muxtar respublikada əhaliyə tibbi yardımın göstərilməsi mexanizminin müasir tələblərə uyğunlaşdırılması və icbari tibbi sığorta sisteminin tətbiqi məqsədilə yaradılıb.

Həmçinin “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi” və strukturu da təsdiq edilib.