Nardaranda ölən polisin - Fotosu+Video

nardaranda-olen-polisin-
Oxunma sayı: 18837

Nardarandakı toqquşmada həlak olan polisin kimliyi məlum olub.

“Qafqazinfo” femida.az-a istinadən xəbər verir ki, vəfat edən polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var.

Mərhum polis əməkdaşı sabah II Fəxri xiyabanda dəfn ediləcək.

***

“Qafqazinfo” əlavə edir ki, dünyasını dəyişən Vüqar Nəsibov idmanın kikboksinq növü üzrə dəfələrlə çempion olub.