Naftalanda ikinci möcüzə - - Fotolar + Reportaj

naftalanda-ikinci-mocuze-
Oxunma sayı: 10934


“Qafqazinfo” xəbər verir ki, 20-dən artıq jurnalistin daxil olduğu heyət 3 gün müddətində Hotelin şəraiti, iş sistemi, müalicə üsulları, heyəti və digər xüsusiyyətləri ilə tanış olublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın bir müddət əvvəl açılışını etdiyi mərkəzdə insanların sağlamlıqları üçün bütün vacib sayılan məqamlar nəzərə alınıb. Jurnalistləri hoteldə qarşılayan baş direktor Orxan Kutluay bildirdi ki, Garabag SPA&Resortun tikinti işlərinə 2012-ci ildən başlanıb. Həmin vaxta qədər hotelin tikildiyi yerdə “Qarabağ” sanatoriyası fəaliyyət göstərib. 13 hektardan çox ərazini əhatə edən hotel insanların təkcə müalicəsi üçün deyil, həm də istirahəti üçün nəzərdə tutulub. 

Hotellə tanışlıq

Orxan Kutluayın sözlərinə görə, hotelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstərilir. SPA terapiya üsullarına geniş yer verilən hoteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir. Hoteldə 264 yerlik və bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. 

Baş direktor jurnalistləri əvvəlcə otaqlarla tanış etdi. Bildirdi ki, hoteldə 30, 35, 45, 64, 104 kv. metrlik otaqların qiymətləri ölçüyə uyğun olaraq dəyişir. Bir nəfərlik otağın qiyməti 135 manatdır: “Bu qiymətin içərisinə gün ərzində 3 dəfə yemək və bütün xidmətlər – Sauna, Hamam, masaj, hovuzlar, Mineral hamam, Kardiologiya, Voleybol və basketbol meydançası, Mini Qolf, Uşaq meydançası, Kitabxana, Wi-Fi, Canlı musiqi axşamları, Oyun zonası, Billiard və onlarla bu kimi xidmətlər daxildir. Xüsusi olaraq onu qeyd etmək isəyirəm ki, əlilliyi olan insanlar üçün lazım olan bütün şərait bizim hoteldə nəzərdə tutulub. Hotel mülicəvi bir mərkəz olduğu üçün binanın daxilindəki heç bir zonada siqaret çəkilməsinə icazə verilmir və tütün məmulatları satılmır. Bu xüsusiyyədən irəli gələrək oteldə spirtli içkilərdən istifadə üçün əlavə ödəniş tələb olunur. Yəni spirtli içkinin qiymətləri otel qiymətinə daxil deyil”. 

Nə istəsən, burda var

Hotelin yeməkxanası kifayət qədər genişdir və müştərilərin rahatlığı üçün bütün imkanlar yaradılıb. Burada səhər, günorta və axşam yeməklərində milli, Türkiyə və Avropa mətbəxinin nümunələri təqdim olunur. Aşpazlar xüsusi kurs keçmiş və öz sahələri üzrə kifayə qədər profesionaldırlar. Baş aşpaz Mehmet Ektirir deyir ki, restoranda pəhriz üçün isveç masası, italyan mətbəxi də mövcuddur.

Naftalan nefti qorunur

Orxan Kutluay jurnalistləti SPA mərkəzi ilə tanış edir. Bildirir ki, burada Sauna, hamam, buz fəvvarə, duzlu otaq, aroma kabinələr, mineral hamam, Naftalan vannası, masaj otaqları, Krioterapiya, Aromaterapiya, Fitoterapiya, Fizikiterapiya, Sidr çəlləyi, Laboratoriya, Ultrasonoqrafiya və Hidroterapiya otaqları mövcuddur. SPA mərkəzinin baş həkiminin sözlərinə görə, Naftalan vannalarını müayinə olunmadan qəbul etməyə icazə verilmir. Bunun üçün kardeoqrama, UZİ-dən keçmək mütləq şəkildə tələb olunur. Əks halda bu insan üçün zərərli ola bilər: “Naftalan neftinin şəfalı gücü hələ 600 il əvvəl  məlum olub. Bu neft dünyada yalnız bir yerdə - Naftalanda çıxır. Dahi Azərbaycan şairi Nizami Gəncəvi də  öz əsərlərində indiki Naftalan şəhəri yaxınlıqında yerləşən tarixi Səfikürd kəndində möcüzəvi naftalan yağının karvanlarla ixrac olunduğunu qeyd edib. Naftalan nefti yanmır. Bu Azərbaycanın təbii sərvətləri siyahısına daxildir, ölkə sərhədlərindən kənara çıxarmaq qadağandır. Qanunvericilikdə Naftalan neftinin sərhəddən kənara çıxarılmasını qadağan edən və bunun üçün cinayət məsuliyyəti yaradan maddələr mövcuddur”.

Burada peşəkarlar toplanıb

Hotelin digər mühüm cəhəti heyətin tam professional olmasıdır. Yalnız bəzi mütəxəssislər xarici ölkələrdən dəvət edilib. Mərkəzdə çalışanların böyük əksəriyyəti yerli Naftalan, Gəncə və digər yaxın rayonların sakinləridir. Say baxımından kifayət qədər böyük olan əməkdaş heyətinin hər bir üzvünə çalışdıqları sahə üzrə təlimlər keçirilib. Baş direktor deyir ki, onların ixtisaslarının artırılması ilə bağlı müvafiq işlər gedir və bu, gələcəkdə də davam etdiriləcək.

Turistlərin rahatlığı nəzərə alınaraq onların yerləşdirilməsi və yola salınması üçün Gəncə hava limanından hotelə pulsuz transfer xidməti də təşkil olunur. Amma bu xidmət yalnız təhlükəsiz onlayn rezervasiya sistemlərinin köməyi ilə edilmiş rezervasiyalar üçün nəzərdə tutululub. Hava limanından pulsuz transfer yalnız oteldə 7 və ya daha çox gecə qalan müştərilərin istifadə etməsi mümkündür.

Bir az da “SilkWay Travel” haqda

“SilkWay Travel” şirkəti 2008-ci ildə fəaliyyətə başlayıb. “Azərbaycan Hava Yolları” QSC-nin eksklüziv agentidir. Hər il “SilkWay Travel” 10-15 min turistin xaricə səfərini təşkil edir və təbii ki, xaricdən bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və aeroporta çatdırma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərinin formalaşdırılmasını öz üzərinə götürür.

Onlayn sistemlərdən istifadə edən “SilkWay Travel” Azərbaycan üzrə turist marşrutları paketini formalaşdıraraq, bu gün turizm operatoru kimi fəaliyyət göstərir.

Hal-hazırda “SilkWay Travel” şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya. Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır. Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “SilkWay Travel” şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Azərbaycana səfər edən qonaqlara isə Bakı və Abşeronun tarixi abidələrini, Şəki saraylarını, Şabran qalasını, Naxçıvanın türbə və pirlərini, Quba bağlarını, Qəbələnin dağ və dərələrini, Lənkəranın əsrarəngiz meşələrini göstərməyə hazırıq.

Hotelin veb səhifəsi:  http://garabaghotel.com

İnstagram səhifəsi: https://instagram.com/garabaghotelspa/

Facebook səhifəsi: https://www.facebook.com/profile.php?id=100009911192215&fref=ts

Elnur