Müşfiqin büstünün götürüldüyü yol sabahdan bağlanır

musfiqin-bustunun-goturulduyu-yol-sabahdan-baglanir
Oxunma sayı: 2128

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.

Azəravtoyoldan "Qafqazinfo"ya daxil olan məlumata görə, bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti 28 fevral 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Qeyd edək ki, təmirlə bağlı olaraq Mikayıl Müşfiqin Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkdakı büstü götürülüb.