Müəllimləri onu pulsuz hazırladı - 692 bal yığdı

muellimleri-onu-pulsuz-hazirladi
Oxunma sayı: 14783

Bakıda 692 bal toplayan abituriyentin həyatı sosial şəbəkələrdə böyük marağa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı jurnalist Məğrur Əli Polad paylaşıb. 

O qeyd edib ki, Ağdamdan məcburi köçkün olan Aynur Babayevanın ailəsi Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıb:

"Ata-anası işləmir, maddi cəhətdən çox imkansızdırlar. Dərslərini yaxşı oxuduğu üçün təhsil aldığı Binəqədi rayonu 314 nömrəli orta məktəbdəki müəllimləri Asif Salmanov (“Azərbaycan dili - Ədəbiyyat ), Ramal Əliyev (tarix), Maral Rzayeva (riyaziyyat) və Ruslan Nuriyev (ingilis dili) sözü bir yerə qoyaraq, onu təmənnasız şəkildə qəbul imtahanına hazırlaşdırıblar. Aynur da cəmi 1 suala səhv cavab verərək, topladığı 692 balı müəllimlərinə hədiyyə edib".