Mingəçevirdəki vəziyyətlə bağlı - FHN-dən açıqlama

mingecevirdeki-veziyyetle-bagli-
Oxunma sayı: 2629

Mingəçevir şəhərində yağış fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Günəşli qəsəbəsində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən həyətyanı sahələrə və zirzəmilərə yığılmış yağış suları su nasosları vasitəsilə çəkilib.

Əməliyyat saat 18:10-da başa çatıb.