Millət vəkili Türkiyədə konfrans keçirib

millet-vekili-turkiyede-konfrans-kecirib
Oxunma sayı: 988

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Dağlıq Qarabağla bağlı konfrans keçirib.

“Qafqazinfo” xəbər verir ki, Kahramanmaraşda keçirilən 2-ci Beynəlxalq Kitab Fuarında bələdiyyə başqanının dəvəti ilə iştirak edən millət vəkili geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb. O, Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib:

“Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik”.
Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayıb.

Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.

Tədbirin sonunda bələdiyyə başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib və gəncləri, ziyalıları və KİV təmsilçilərini maraqlandıran sualları geniş cavablandırıb və fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda Kahramanmaraş bələdiyyəsi rəsmiləri millət vəkili Qənirə Paşayevaya dəvəti qəbul etdiyi və konfrans üçün təşəkkürünü bildiriblər. Fuar çərçivəsində yazarlar İmdat Avşar, Təranə Vahiddə çıxış edərək Qarabağ münaqişəsi ilə bağlı fikir və düşüncələrini bölüşüblər.