Mili Məclisdə dərmanların qiyməti müzakirə olunacaq

mili-meclisde-dermanlarin-qiymeti-muzakire-olunacaq
Oxunma sayı: 807

Mili Məclisdə Azərbaycanda dərman bazarının vəziyyəti müzakirə olunacaq.

Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, bu gün ölkədə dərman bazarında müəyyən problemlər mövcuddur: “Ona görə də biz yaxın gələcəkdə Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Tarif Şurası və parlamentin Səhiyyə komitəsi, mütəxəssislərin iştirakı ilə bu məsələ ətrafında geniş diskussiya keçirəcəyik. Bu diskusiyalarda dərman bazarındakı vəziyyət, qiymətlər məsələsi müzakirə olunacaq”.

Günel Türksoy