“Mikayıl Cabbarovun o məqalədən xəbəri var” - Qalmaqal

mikayil-cabbarovun-o-meqaleden-xeberi-var
Oxunma sayı: 3944

"Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov Təhsil Nazirliyinin iddialarına cavab verib.

"Qafqazinfo" xəbər verir ki, "Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov BakiPost.az-a açıqlamasında nazirliyin yaydığı məlumatın əsassız olduğunu deyib: "Məqalə bizə nazirlikdən göndərilib və bundan şəxsən nazirin xəbəri var. İndi bunlar niyə görə belə edirlər, bilmirəm”.

Qeyd edək ki, bu gün "Respublika” qəzetində müəllifi Təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib. Sonradan Təhsil Nazirliyi isə bəyanat yayaraq həmin yazının nazirə aid olmadığını iddia edib.