Metro istifadəçilərinin sayı artıb

metro-istifadecilerinin-sayi-artib
Oxunma sayı: 1126

2015-ci ilin yanvar-oktyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, metrodan istifadə edənlərin sayı 3,8 faiz artaraq 182,8 milyon nəfərə çatıb.